Bakı, 22 may, AZƏRTAC
WUF13-də aparılan qlobal müzakirələr, formalaşan tərəfdaşlıqlar gələcəkdə şəhər böhranlarının qarşısının alınması və şəhərlərin daha dayanıqlı qurulması üçün mühüm yol xəritəsi rolunu oynayacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Nayrobidəki baş qərargahının assosiasiyalı eksperti Karolina Kinast fon Aynem deyib.
O, müsbət töhfələrlə bağlı sualı cavablandırmağın bir qədər mürəkkəb olduğunu desə də, WUF13-ün real və müsbət nəticələr verəcəyinə qətiyyətlə inandığını bildirib.