Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Kəlbəcərdə bu gün icra olunan layihələr təkcə tikinti və yenidənqurma işləri deyil, eyni zamanda tarixi ədalətin təmin olunmasını və həyatın yenidən doğma yurdlara qayıdışını əks etdirir”.
Gununsesi.infoxəbər verir ki, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü toplantısı (WUF13) çərçivəsində təşkil olunan “Laçın və Kəlbəcər: urbisiddən münaqişədən sonrakı bərpa mərhələsinə gedən yol” adlı tədbirdə Kəlbəcər rayonu üzrə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib:
“44 günlük Vətən müharibəsindən və torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycan Prezidenti tərəfindən verilən tapşırıqlara uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrində geniş həcmli bərpa və quruculuq tədbirləri həyata keçirilir.
Bu işlər əhalinin dayanıqlı məskunlaşmasına şərait yaradır, iqtisadi canlanmanı sürətləndirir və həmin ərazilərin inkişaf etmiş bölgələrə çevrilməsi üçün möhkəm əsas formalaşdırır.
Bununla yanaşı, görülən tədbirlər işğal illərində ərazilərimizdə törədilmiş dağıntıların, vandallığın, eləcə də təbiətə və mədəni irsə vurulan ziyanın aradan qaldırılması baxımından mühüm rol oynayır”.
Xüsusi nümayəndə onu da qeyd edib ki, münaqişədən sonrakı mərhələdə Kəlbəcər rayonu mina və digər partlayıcı vasitələrlə ən çox çirklənmiş ərazilərdən biri hesab olunurdu:
“Bu səbəbdən rayonda aparılan bərpa və tikinti işlərinin ilkin mərhələsində əsas prioritet mina təmizlənməsi və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi olub”.
Bəşir Hacıyev onu da əlavə edib ki, ərazilərin təhlükəsiz vəziyyətə gətirilməsi həm yeni yaşayış məntəqələrinin və infrastrukturun yaradılması, həm də keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə dönüşünün təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.