AZ

Ermənistanda Kərki müzakirəsi, Paşinyan izahat verməli oldu

Ermənistanın işğalı altında olan Kərki kəndi (ermənilər onu Tiqranaşen adlandırır) ilə bağlı ermənilər arasında mübahisə yaşanır.

Publika.az xəbər verir ki, “Google Maps”də kəndin adının Kərki kimi göstərilməsi erməniləri narahat edib. Onlar kəndin Azərbaycana qaytarılacağını bildirirlər.

İnternet müzakirələrinə Ermənistanın Baş naziri Nikol Paşinyan da qoşulub. Paşinyan bildirib ki, bu kəndin adı “Google Maps”də həmişə Kərki kimi göstərilib.

Ümumilikdə anklav məsələsinə gəldikdə, o əlavə edib ki, hazırda bu məsələ ilə bağlı heç bir strategiya və ya konsepsiya yoxdur. Paşinyan məsələyə Ermənistanın suveren ərazilərinin qaytarılması baxımından yanaşdığını bildirib.

Seçilən
2
publika.az

1Mənbələr