AZ

MPL: "Turan Tovuz" "Sabah"la qarşılaşır, "Qarabağ"ın "Sumqayıt" sınağı

Misli Premyer Liqasında sonuncu - 33-cü tur davam edir.

Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "Turan Tovuz" "Bank Respublika Arena"da "Sabah" ilə üz-üzə gələcək. Görüşdə nominal meydan sahibi qərb təmsilçisi olacaq. 

Günə paytaxtdan kənarda yekun vurulacaq. "Sumqayıt" doğma meydanda "Qarabağ"ı qəbul edəcək.

Ötən gün start götürən turun açılış oyununda "Qəbələ" "Şamaxı"nı 3:1 hesabı ilə yenib. 

Tura bazar günü yekun vurulacaq.

Misli Premyer Liqası
33-cü tur
22 may

17:00. “Turan Tovuz” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Orxan İbişov, Emin Əliyev. 
VAR: Tural Qurbanov, Teymur Teymurov. 
Hakim-inspektor: Feyzulla Feyzullayev. 
AFFA nümayəndəsi: Azər Əsgərov. 
Masazır. “Bank Respublika Arena”. 

19:30. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Mirnihat Seyidov, Nicat İsmayıllı. 
VAR: Fərid Hacıyev, Eyyub İbrahimov. 
Hakim-inspektor: Ceyhun Haşımov. 
AFFA nümayəndəsi: Yavər Rəhimov. 
Sumqayıt. Mehdi Hüseynzadə şəhər stadionu.

Seçilən
3
2
fanat.az

4Mənbələr