AZ

Məhkəmə özünü nazirlik əməkdaşı kimi təqdim edən şəxslə bağlı qərarı açıqladı

Ali Məhkəmədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adından istifadə edərək vətəndaşların pullarını mənimsəyən İlyas Mikayılovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

Xatırlatma: İlyas Mikayılov özünü ETSN-in əməkdaşı və həmçinin nazirliyin Xırdalan şöbəsinin müdiri kimi təqdim edərək insanları aldadıb və onlara qarşı külli miqdarda dələduzluq edib. Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi başlanıb.

 

Məlumata görə, İlyas Mikayılov zərərçəkmişlərdən iş qurmaq adı ilə pul alıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlyas Mikayılov 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 22 May 2026, 08:54   
Seçilən
41
pravda.az

1Mənbələr