ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ ordusunun İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı ciddi pilotsuz uçuş aparatı itkisi verdiyi bildirilir.
BAKU.WS "Bloomberg"ə istinadən xəbər verir ki, əməliyyatlar başlayandan bəri Vaşinqtonun arsenalında olan "MQ-9 Reaper" tipli dronların təxminən 20 faizi məhv edilib.
Qeyd edilir ki, İran qüvvələri ümumilikdə 20-dən çox "MQ-9 Reaper" pilotsuz aparatını vurub. Bu göstərici Pentaqonun müharibədən əvvəlki ehtiyatlarının əhəmiyyətli hissəsini təşkil edir.
Qeyd edək ki, "MQ-9 Reaper" dronları kəşfiyyat və hücum missiyaları üçün istifadə olunur. Güclü müşahidə sistemləri ilə təchiz edilən bu aparatların "Hellfire" raketləri və JDAM tipli idarəolunan bombalar daşımaq imkanına malik olduğu vurğulanır.
Məlumatlara əsasən, bir dronun dəyəri 30 milyon dollara qədər dəyişir. Ümumi maddi ziyanın isə 1 milyard dollara yaxınlaşdığı ehtimal edilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.