AZ

ABŞ bu əcnəbilərin ölkəyə girişini məhdudlaşdırıb

Yazını böyüt
Yazını kiçilt

“Ebola” epidemiyası səbəbindən ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi son 21 gün ərzində Konqo Demokratik Respublikasına, Uqandaya və Cənubi Sudana səfər etmiş əcnəbilərin ölkəyə girişini müvəqqəti məhdudlaşdıran qərar qəbul edib.

Hafta.az xəbər verir ki, bu barədə qurumun rəsmi açıqlamasında bildirilir. Qərarın dərhal qüvvəyə mindiyi və 30 gün müddətində qüvvədə qalacağı qeyd olunur.

Eyni zamanda bildirilir ki, bu ölkələrdə olmuş ABŞ vətəndaşları və qanuni daimi sakinlər ölkəyə qayıtdıqdan sonra gücləndirilmiş tibbi nəzarətdən keçmək üçün Vaşinqton hava limanına yönləndiriləcəklər.

Seçilən
20
2
hafta.az

3Mənbələr