AZ

Alena Əliyeva şagirdləri belə təbrik etdi VİDEO

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, mayın 21-də Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdlərinin iştirakı ilə “Zəkaların mübarizəsi II” olimpiadasının final mərhələsi keçirilib.

Redaktor.az xəbər verir ki, Alena Əliyeva tədbirdə iştirak edib.

Tədbirdə çıxış edən Alena Əliyeva bildirib: “Çox şadam ki, artıq iki ildir bu olimpiada həyata keçirilir. Dəstək üçün Heydər Əliyev Fonduna və Elm və Təhsil Nazirliyinə təşəkkür edirəm. Təhsil uğura gedən yoldur. Əziz şagirdlər, bu, sizin uğurunuzdur. Olimpiadanın bütün iştirakçılarını təbrik edirəm. İnanıram ki, gələcəkdə bu yolu birlikdə davam edəcəyik”.

Daha sonra olimpiadanın nəticələrinə əsasən qalib komandalar müəyyənləşdirilib, hər iki kateqoriya üzrə qızıl, gümüş və bürünc medallar sahiblərinə təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
63
7
redaktor.az

10Mənbələr