AZ

ABŞ Kubanın əsas şirkətinin rəhbərinin bacısını həbs edib

ABŞ hakimiyyəti bir neçə gün əvvəl sanksiya tətbiq etdiyi Kuba konqlomeratı “Grupo de Administracion Empresarial S.A.” (GAESA) rəhbərinin bacısını həbs edib.

Musavat.com xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bununla bağlı Facebook səhifəsində  açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, "Adis Lastres Morera GAESA-nın icraçı direktorunun bacısıdır". ABŞ Dövlət katibinin sözlərinə görə, Morera ABŞ administrasiyası onun daimi yaşayış statusunu ləğv edənə qədər Kuba hakimiyyətinin "daşınmaz əmlak aktivlərini idarə edib və Floridada yaşayıb, eyni zamanda dəstək verib": "Bu gün onun həbs olunduğunu və ICE (ABŞ İmmiqrasiya və Gömrük Xidməti - red.) nəzarətində olduğunu elan etməkdən məmnunam".

Rubio həmçinin Moreranın ABŞ milli təhlükəsizliyini təhdid etdiyini vurğulayıb.

Mayın 7-də Vaşinqton ABŞ hökumətinin məlumatına görə, Kuba iqtisadiyyatının təxminən 40 faizini idarə edən GAESA konqlomeratına, eləcə də təşkilatın rəhbəri Anya Guilhermina Lastres Morera və ada ölkəsində nikel hasil edən MOA Nickel S.A. (MNSA) birgə müəssisəsinə sanksiyalar tətbiq edib. Sonuncu Kanada şirkəti Sherritt International və Kuba şirkəti La Compania General de Niquel tərəfindən yaradılıb. 

Musavat.com

Seçilən
34
musavat.com

1Mənbələr