AZ

Ərdoğan bir çox ölkələrin yüksəkrütbəli hərbçiləri ilə “EFES - 2026” təlimini izlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “EFES - 2026” çoxmillətli birgə müştərək təliminin Yüksək Səviyyəli Müşahidəçi Gününə qatılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidentinin Ofisi məlumat yayıb.

 

Türkiyənin İzmir vilayəti ərazisində keçirilən təlimin Yüksək Səviyyəli Müşahidəçi Gününə qatılanlar sırasında bir çox ölkələrin yüksəkrütbəli hərbçiləri, o cümlədən Azərbaycanın müdafiə naziri Zakir Həsənov da olub.

 

Qeyd edək ki, “EFES - 2026” çoxmillətli birgə müştərək təlimi Azərbaycan Ordusunun və ümumillikdə 50 ölkədən 10 min 300 hərbi qulluqçunun iştirakı ilə keçirilir.




Seçilən
29
7
senzor.az

8Mənbələr