AZ

ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib

ABŞ Ukraynaya “HAWK” zenit-raket kompleksləri (ZRK) üçün 108,1 milyon dollar dəyərində avadanlıq və dəstək xidmətlərinin satışını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin internet saytında dərc olunmuş bəyanatda bildirilib.

Sənədə əsasən, Kiyev “HAWK” ZRK üçün komponentlər, ehtiyat hissələri almaq, onların modernləşdirilməsi və texniki xidmətinə dəstək, eləcə də təmir və geri qaytarma xidmətləri almaq imkanı istəyib.

Müqavilənin ümumi dəyəri 108,1 milyon dollar olaraq qiymətləndirilir.

Seçilən
123
1
apa.az

2Mənbələr