Bolqarıstanın Samokov şəhərində güləş üzrə U15 Avropa çempionatı davam edir.
Publika.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşində 3, qadın güləşində isə 5 çəkidə finalçılar müəyyənləşib.
Yunan-Roma güləşi
İbrahim Məmmədzadə (68 kq) yunanıstanlı Angelis Perdikarisi (8:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Rustam Nexayla bacarmayıb – 0:10.
Süleyman Verdiyev (75 kq) ermənistanlı Arman Ginosyanı (4:1) məğlub etsə də, 1/4 finalda rusiyalı Ammar Mendoxova 2:10 hesabıyla uduzub.