AZ

Bakı–Tbilisi qatarına ilk bileti bu xanım ALDI

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb.

Redaktor.az xəbər verir ki, artıq ilk dəqiqələrdən Bakı Dəmiryol Vağzalının kassasında növbə yaranıb və 150-dən çox bilet satılıb.

Bakı–Tbilisi qatarına bilet alan ilk şəxs Elnarə Rəsulova adlı xanım sərnişin olub.

Xatırladaq ki, ilk qatar Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da hərəkət edəcək.

Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), “ADY Mobile” tətbiqi və dəmiryol kassalarından almaq mümkündür.

Seçilən
3
9
redaktor.az

10Mənbələr