AZ

Asim Munirin İrana səfəri baş tutmayacaq

“Al Arabiya” Pakistan ordusu rəhbərinin Tehrana getməyəcəyini iddia edib...

Poliqon xəbər verir ki, “Al Arabiya” telekanalı adı açıqlanmayan mənbəyə istinadən Pakistan ordusunun başçısı Asim Munirın bu axşam İrana planlaşdırılan səfərinin baş tutmayacağını bildirib.

Məlumata görə, general Asim Munirin Tehrana səfərdən imtina etməsinin səbəbləri hələlik açıqlanmayıb. Telekanal xəbərlə bağlı əlavə təfərrüat təqdim etməyib və Pakistan rəsmilərindən də məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd olunur ki, son günlər Pakistan və İran arasında yüksək səviyyəli diplomatik təmaslarla bağlı müxtəlif məlumatlar yayılırdı. Bir sıra regional media qurumları Asim Munirin Tehrana mümkün səfərinin tərəflər arasında təhlükəsizlik, regional əməkdaşlıq və İran-ABŞ danışıqları fonunda aparılan məsləhətləşmələrlə əlaqəli olduğunu iddia edirdi.

Ekspertlərin fikrincə, səfərin təxirə salınması və ya ləğvi regiondakı mürəkkəb geosiyasi vəziyyət, eləcə də davam edən diplomatik proseslərlə bağlı ola bilər. Bununla belə, rəsmi təsdiq olmadığı üçün məlumat hələlik ehtimal xarakterli hesab olunur.

Poliqon.info

Seçilən
92
poliqon.info

1Mənbələr