Dünyaca məşhur qastronomiya platforması “TasteAtlas” Türkiyənin ən dadlı yeməklərinin yer aldığı yeni siyahını açıqlayıb. Siyahıda həm Osmanlı mətbəxinin məşhur nümunələri, həm də Anadolu bölgələrinin ənənəvi ləzzətləri yer alıb. Metbuat.az xəbər evrir ki, fərqli dadları və hazırlanma üsulları ilə seçilən bu yeməklər dünyanın ən yaxşı türk yeməkləri arasında göstərilib. “TasteAtlas”ın qiymətləndirməsinə əsasən ilk “10-luq” belədir: 1. Kalamar tava 2. Cağ kababı 3. Antakya künefəsi 4. Beyran şorbası 5. Afyon sucuğu 6. Fıstıqlı sarma 7. Hünkar bəyəndi 8. Piliç Topkapı 9. Mərcimək şorbası 10. Bal qaymaq Siyahının zirvəsində yer alan kalamar tava xüsusi sous və qızartma üsulu ilə hazırlanmasına görə seçilib. Ərzurumun məşhur cağ kababı isə odun közündə bişirilən quzu əti ilə dünyanın diqqətini çəkməyi bacarıb. Hatayın məşhur Antakya künefəsi də ilk üçlükdə qərarlaşıb. Qeyd edək ki, “TasteAtlas” son illərdə türk mətbəxinə aid bir çox yeməyi beynəlxalq siyahılara daxil edib. Daha əvvəl cağ kababı, çökərtmə kababı və beyran şorbası da dünyanın ən yaxşı yeməkləri arasında göstərilmişdi.