AZ

Mərakeşdə binanın uçması nəticəsində ölənlərin sayı artıb

Mərakeşin şimalındakı Fez şəhərində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Ucnoqta.az xəbər verir ki, Hespress xəbər portalı bu barədə şəhər tibb rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Fezin Ain Nakbi məhəlləsində beşmərtəbəli yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Tibb işçiləri əlavə ediblər ki, daha altı nəfər yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır. Ölənlərin və yaralıların cəsədləri regional şəhər xəstəxanasına və II Həsən Universiteti Xəstəxanasına aparılıb.

Seçilən
85
ucnoqta.az

1Mənbələr