AZ

Bu məşhurlar saxlanıldı

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

İstanbul və Muğla şəhərlərində genişmiqyaslı narkotik əməliyyatı həyata keçirilib. Türkiyə mediasının yaydığı xəbərlərə görə, əməliyyat çərçivəsində şou-biznes, kino və idman aləmindən tanınmış şəxslər saxlanılıb.İstintaq materiallarında müğənnilər Mabel Matiz və Berkay Şahin, aktyor Onur Tuna, aktrisalar Feyza Civelek və Serenay Sarıkaya, model Aslıhan Turanlı, həmçinin məşhur məşqçi Fatih Terimin keçmiş kürəkəni Volkan Bahçekapılı daxil olmaqla bir sıra şəxslərin adı keçir.Məlumata əsasən, əməliyyat zamanı müxtəlif ünvanlarda metamfetamin, ekstazi həbləri, marixuana, elektron siqaret mayeləri və narkotik tərkibli məhsullar aşkarlanıb.İfadələri alınan şəxslərdən bir qisminin sərbəst buraxıldığı, digər şübhəlilərin isə məhkəmə prosedurları üçün Bakırköy Ədliyyəsinə göndərildiyi bildirilir. Hazırda faktla bağlı araşdırma davam edir.Demokrat.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
demokrat.az

1Mənbələr