AZ

İsrail AÇIQLADI: “Sumud” flotiliyasındakı bütün fəallar deportasiya EDİLDİ

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

İsrail cümə axşamı günü İsrail qüvvələri tərəfindən Qəzza istiqamətində hərəkət edən “Sumud” flotiliyasında saxlanılan bütün xarici fəalların deportasiya olunduğunu elan edib.Bizim.Media xəbər verir ki, bu barədə AFP xəbər dərc edib. Qeyd olunub ki, sözügedən qərar fəalların həbsdə saxlanılması ilə bağlı qlobal etirazlardan sonra baş verib.

 

İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oren Marmorstayn cümə axşamı bildirib ki, Sumud” flotiliyasında olan bütün əcnəbi fəallar İsraildən deportasiya edilib.

"İsrail Qəzza zolağının qanuni dəniz blokadasının hər hansı formada pozulmasına icazə verməyəcək", — deyə o əlavə edib.Fəalların maraqlarını təmsil edən Hüquq Mərkəzi daha əvvəl bildirmişdi ki, flotiliya üzvlərinin əksəriyyəti İsrailin cənubundakı Ramon hava limanından deportasiya olunmaq üzrədir.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
1
bizim.media

2Mənbələr