Aparıcı Cavid Gül boşanma xəbərinə son qoyub.
KONKRET.az Musavat.com-a istinadla xəbər verir ki, tanınmış aparıcı həyat yoldaşının doğum gününü xüsusi paylaşım edərək onu təbrik edib. Cavid Gül paylaşımında ailəsinə və həyat yoldaşına olan sevgisini nümayiş etdirərək bunları yazıb:
“Dünyanın ən gözəl həyat yoldaşı, yaxşı ki, varımsan. Doğum günün mübarək.”
Sosial şəbəkədə yayılan paylaşım izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.