AZ

Taliban kişilərə 9 yaşlı qızlarla evlənməyə İCAZƏ VERDİ

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əfqanıstandakı "Taliban" hərəkatı qızlar üçün minimum evlilik yaşını ləğv edib.Bizim.Media xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.Əfqanıstanlı insan haqları üzrə fəal Horiya Mosadiq jurnalistlərə verdiyi açıqlamada bildirib ki, əgər bir qız doqquz və ya on yaşında yetkinlik yaşındadırsa, deməli, yeni qanuna görə, o evlilik yaşına çatmış sayılır.“Taliban” hakimiyyətə gələnə qədər Əfqanıstanda evlilik üçün minimum yaş həddi 16 idi, lakin bu yaş məhdudiyyəti artıq aradan qaldırılıb.Xəbərdə qeyd olunur ki, islam hüququnun (fiqh) ən böyük və ən qədim sünni məktəblərinə görə, cinsi yetkinliyin minimum yaşı doqquz yaş hesab olunur.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
bizim.media

3Mənbələr