AZ

Ağ Ev Kubanın “boz kardinal”ın təhdid etdi – ABŞ adaya yaxınlaşır

ABŞ Ədliyyə Nazirliyi 1996-cı il hadisələri ilə əlaqədar Raul Kastro və beş kubalı hərbçiyə qarşı ittihamlar elan edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, nazirliyin açıqlamasından sonra Ağ Evin rəsmi X hesabında "Ədalət yerini tapacaq" başlıqlı bir paylaşım dərc edilib.

Postda dörd fraqmentdən ibarət bir şəkil var idi: Raul Kastro, həbs olunmuş Venesuela prezidenti Nikolas Maduro, öldürülmüş ayətullah Əli Xamneyi və İŞİD-in terrorçu komandiri Əbu əl-Maynuqi.

Şəkildə deyilir: "Amerikanın düşmənləri prezident Donald Tramp tərəfindən zərərsizləşdirildi".

Kastronun fotosu ittihamları göstərən "İttihamnamə" ilə işarələnib.

ABŞ Ədliyyə Nazirliyi Kastro və beş kubalı hərbçini 1996-cı ildə Amerika vətəndaşlarını öldürmək və mülki təyyarələri məhv etmək üçün plan hazırlamaqda ittiham edir.

Bu arada, nüvə enerjisi ilə işləyən “USS Nimitz” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi ABŞ aviadaşıyan zərbə qrupu Karib dənizinə daxil olub. ABŞ cənub komandanlığının məlumatına görə, gəmilər planlaşdırılan “Cənub dənizləri – 2026” təlimində iştirak edir və yüksək döyüş hazırlığı, zərbə məsafəsi və strateji üstünlüyü nümayiş etdirir.

Raul Kastro 94 yaşındadır. O, Kubada heç bir rəsmi əsas vəzifə tutmasa da, ölkədə əsas söz sahibidir və dövlət himayəsi altındadır. Medianın məlumatına görə, “boz kardinal” xüsusilə təhlükəsizlik qüvvələri və ABŞ ilə münasibətlər məsələlərində siyasətə təsir göstərməyə davam edir.

Musavat.com

Seçilən
58
musavat.com

1Mənbələr