Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib.
Heftelik.az xəbər verir ki, bununla bağlı Ankara Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb.
Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.
Bu qərardan sonra CHP Mərkəzi İcraiyyə Komitəsinin fövqəladə iclası keçirir.