AZ

Son dəqiqə: Özgür Özəlin seçildiyi qurultay ləğv edildi, sədr postu Kılıçdaroğluna verildi

Türkiyədə ana müxalifət partiyası olan CHP ilə bağlı məhkəmə qərarı siyasi gündəmdə geniş rezonans doğurub.

Musavat.com xəbər verir ki, Ankara Regional Apellyasiya Məhkəməsi CHP sədri Özgür Özəlin seçildiyi 2023-cü il qurultayı ilə bağlı tam etibarsız sayılması qərarı çıxarıb. Qərarın təminat tədbiri formasında qəbul edildiyi bildirilir.

Məlumata görə, qərara əsasən CHP-nin əvvəlki sədri Kamal Kılıçdaroğlu yenidən partiya rəhbərliyinə qaytarılır. Qərardan sonra CHP Mərkəzi İdarə Heyəti fövqəladə iclasa toplanıb.

Kamal Kılıçdaroğlu qərarla bağlı Tam etibarsız sayılması qərarı xeyirli olsun açıqlamasını verib.

CHP qrup sədr müavini Ali Mahir Başarır isə qərarı tanımadıqlarını bildirərək, Lazımi addımlar atılacaq deyib.

Musavat.com

Seçilən
17
11
musavat.com

7Mənbələr