AZ

Magistraturaya təkrar imtahan Naxçıvan bakalavrlarına da şamil olunacaq?

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

Əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində magistraturaya qəbul imtahanının ikinci cəhdi iyunun 14-də təkrar keçiriləcək.Bu imtahanda mayın 17-də keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bakalavrlar iştirak edə bilərlər. Həmin bakalavrlar mayın 23-dək Dövlət İmtahan Mərkəzinin saytındakı keçid vasitəsilə imtahanda iştirak üçün qeydiyyatdan keçə bilərlər.Bəs Naxçıvanda imtahan verən tələbələr yenidən magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak edə biləcəklərmi?Bizim.Media "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən Naxçıvanda normal qaydada 2 dəfə - fevralın 15-də və mayın 17-də imtahan keçirildiyi bildirilib.İyunun 14-də keçiriləcək imtahanda bütün bakalavrların (mayda imtahan verməli olan) iştirakına icazə verilsə də, bu, məcburi xarakter daşımır. Bakalavrlar yalnız istədikləri təqdirdə iyunun 14-də olacaq imtahana yazıla bilərlər.Qeyd edilib ki, Muxtar Respublika ərazisində keçirilən imtahana qatılan tələbələr istədikləri təqdirdə Bakıda yenidən imtahan verə bilərlər.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
3
bizim.media

4Mənbələr