AZ

Toksik münasibətdə olduğunu göstərən- 15 əlamət



Toksik münasibət insanın emosional, psixoloji və bəzən fiziki olaraq özünü yorğun, dəyərsiz və narahat hiss etdiyi münasibət formasıdır. Belə münasibətlər zamanla insanın özünəinamını və daxili rahatlığını zəiflədə bilər.

Son zamanlar çox adamın dilindən düşməyən toksik adamla toksik münasibətin əlamətləri hansılardır?

Medicina.az bəzi səbəbləri təqdim edir:

1. Daim tənqid olunmaq

Partnyorun tez-tez səni alçaldır, səhvlərini qabardır və özünü yetərsiz hiss etdirir.

2. Manipulyasiya

Səni günahkar hiss etdirmək, emosiyalarını idarə etməyə çalışmaq toksik davranışdır.

3. Güvənsizlik və nəzarət

Telefonu yoxlamaq, kimlə danışdığına qarışmaq, hər addımı izləmək sağlam münasibət deyil.

4. Davamlı qısqanclıq

Həddindən artıq qısqanclıq zamanla boğucu və yorucu hala gəlir.

5. Özünü daim günahkar hiss etmək

Münasibətdə hər problemə görə yalnız sən özünü suçlayırsansa, bu təhlükəli siqnaldır.

6. Hörmətsiz danışıq

Aşağılamaq, qışqırmaq, kobud davranmaq münasibəti zədələyir.

7. Emosional uzaqlıq

Partnyor yanında olsa belə, özünü tənha hiss edirsən.

8. Dəyişən davranışlar

Bir gün çox yaxşı, digər gün isə sərt və aqressiv davranmaq emosional qeyri-sabitlik yaradır.

9. Daim gərgin olmaq

Onun yanında özünü rahat yox, ehtiyatlı və stresli hiss edirsən
.
10. Sərhədlərinə hörmət edilməməsi

Sənin “yox” deməyin qəbul olunmur.

11. Özünü itirmək

Münasibət içində öz maraqlarını, dostlarını və həyatını yavaş-yavaş itirirsən.

12. yorğunluq hissi

Sağlam münasibət insanı gücləndirər, toksik münasibət isə enerjini tükəndirər.

13. Davamlı drama və konflikt

Kiçik məsələlər belə böyük mübahisəyə çevrilir.

14. Qorxu hissi

Partnyorun reaksiyasından qorxmaq münasibətdə təhlükəli siqnaldır.

15. Özünəinamın azalması

Münasibətdən sonra özünü əvvəlkindən daha dəyərsiz hiss edirsənsə, bu artıq ciddi xəbərdarlıqdır.

Sağlam münasibətdə insan özünü təhlükəsiz, dəyərli və rahat hiss etməlidir. Sevgi qorxu, alçaltma və nəzarət üzərində qurulmur.

Aygün Musayeva

Seçilən
51
1
medicina.az

2Mənbələr