AZ

Prezidentin nümayəndəsi: "Kəlbəcərdə indiyədək 222 min kvadratmetr ərazi minalardan təmizlənib"

"Kəlbəcər rayonu mina və digər partlayıcı sursatlarla ən çox çirklənmiş ərazilərdən biri olub".

Moderator.az xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Urbisiddən, münaqişədən sonrakı yenidənqurmaya aparan yol" adlı tədbirdə deyib.

O bildirib ki, bu səbəbdən yenidənqurma və tikinti proseslərinin ilkin mərhələsində ən vacib addım mina təmizlənməsi və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi olub:

"Ərazilərin təhlükəsiz vəziyyətə gətirilməsi həm yeni yaşayış məntəqələrinin və infrastrukturun qurulması, həm də Böyük Qayıdış çərçivəsində insanların təhlükəsiz şəkildə doğma torpaqlarına qayıdışının təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Kəlbəcərdə 2020-26-cı ilədək 222 min kvadratmetr ərazi minalardan təmizlənib. Bu müddət ərzində Kəlbəcərdə bir neçə dəfə mina partlaması baş verib, insanlar müxtəlif dərəcəli xəsarətlər alıblar".

Seçilən
41
1
moderator.az

2Mənbələr