Süni intellekt tərəfindən aparılan analizlərə əsasən, gələcək dövrlərdə ən yüksək gəlir gətirəcək peşələr müəyyən edilib.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, texnologiya yönümlü sahələrin ön plana çıxdığı bu sıralamada məlumat analitiki və psixoloq kimi vəzifələrlə yanaşı, daha az gözlənilən fərqli iş sahələri də yer alır.
Süni intellektin apardığı araşdırmalara görə, gələcəkdə ən çox qazanc gətirəcək və ən çox tələb olunacaq peşələr bunlardır: məlumat analitiki, rəqəmsal məzmun yaradıcısı, psixoloq, bərpa olunan enerji mühəndisi və kiber təhlükəsizlik mütəxəssisi və s.
Son illərdə süni intellektin həyatın bütün sahələrinə inteqrasiyası ilə birlikdə bir çox ənənəvi peşələr də dəyişir və yenidən formalaşır.
Süni intellekt alqoritmləri ilə aparılan geniş təhlillər göstərir ki, gələcəyin “qızıl peşələri” arasında xüsusilə məlumat elmi və psixologiya kimi sahələr mühüm rol oynayacaq.
Texnologiyanın yaratdığı böyük məlumat ehtiyacı ilə yanaşı, rəqəmsallaşan dünyada insanın psixoloji sağlamlığının qorunması ehtiyacı psixoloq peşəsini də siyahının ön sıralarına çıxarır.
Siyahıda yer alan və diqqət çəkən digər peşə sahələri isə sektor nümayəndələri tərəfindən maraqla qarşılanıb.
Bu analizlər göstərir ki, gələcəyin iş dünyasında təkcə kod yazanlar deyil, eyni zamanda insan davranışlarını və emosiyalarını analiz edə bilən mütəxəssislər də ən çox tələb olunanlar arasında olacaq.