AZ

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

ain.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Təbii qazın alışı üzrə Azərbaycanla 20 illik müqavilənin müddəti başa çatırdı. Amma Azərbaycan tərəfi ilə aparılan səmərəli danışıqlar nəticəsində müqavilənin müddəti daha 20 il uzadıldı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Imedi LIVE” verilişində bildirib.

İrakli Kobaxidze bu razılaşmaya görə, Azərbaycan tərəfinə bir daha minnətdarlıq edib.

Hökumət başçısının sözlərinə görə, “Imedi” televiziyasında debatlar zamanı enerji üzrə ekspert tərəfindən ünvanlanan hər bir suala konkret danışıqlar və daha sonra konkret razılaşma yolu ilə cavab verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
5
yeniazerbaycan.com

6Mənbələr