Yaponiya dövlət borcu ÜDM-in 230%-nə çatıb, Rusiya ən aşağı göstərici ilə siyahıya liderlik edir.
İnterpress.az xəbər verir ki, bu barədə aparılan maliyyə araşdırmalarında bildirilib.
Dünya ölkələrinin son 20 illik dövlət borcunun ÜDM-ə nisbətini əks etdirən infoqrafikalar diqqətçəkən mənzərə yaradıb.
Məlumatlara görə, ən yüksək borc yükü Yaponiyanın üzərinə düşür. Ölkənin dövlət borcu təxminən 9,8 trilyon dollara çatıb və əhalinin qocalması, habelə iqtisadi durğunluq səbəbindən dayanmadan artmaqdadır. Bu göstərici ABŞ-dən təxminən beş dəfə çoxdur.
Dünya dövlət borcunun yarıdan çoxunu (51,8%) təşkil edən ABŞ və Çində vəziyyət fərqlidir. ABŞ-də borc yükü pandemiya xərcləri, büdcə kəsiri və bahalı kreditlər səbəbindən artıb.
Bəzi ölkələr isə uğurlu maliyyə siyasəti sayəsində borclarını xeyli azalda biliblər.
Belə ki, Hindistanda dövlət borcu 82%, Almaniyada isə 67% azalıb. Almaniya “sıfırıncı” illərdəki borc artımından və COVID-19 pandemiyasından sonra iqtisadi artıma nail olaraq bu göstəricini aşağı sala bilib.
Siyahıda ən aşağı göstərici Rusiyaya məxsusdur. Ölkənin dövlət borcu təxminən 586,9 milyard dollar və ya ÜDM-in 23,1%-ni təşkil edir. Sanksiyalar və xarici bazarlara çıxışın məhdud olmasına baxmayaraq, Rusiya öz borc yükünü stabil saxlaya bilib.

Xuraman Etibarlı
İnterpress.az