AZ

Göygöl və Sakarya arasında gənclər və idman sahəsində əlaqələr genişləndiriləcək

ain.az bildirir, Azertag portalına istinadən.

Göygöl, 21 may, AZƏRTAC

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov rayonda səfərdə olan Türkiyənin Sakarya Vilayəti Gənclər və İdman İdarəsinin müdir müavini Ercan Gündoğrunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğrula davam etdirilir. Bu uğurlu siyasət nəticəsində iki ölkə arasında bütün sahələr üzrə ikitərəfli əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Görüşdə, həmçinin gənclər və idman sahəsində əlaqələrin daha da genişləndirilməsi, ortaq təşəbbüslərin dəstəklənməsi və təcrübə mübadiləsinin aparılması istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Müxbir - Elcan Məmmədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
azertag.az

1Mənbələr