BAKI, 21 may. TELEQRAF
Rusiya Strateji Raket Qüvvələrini (SRQ) həm stasionar, həm də mobil yeni raket sistemləri ilə təchiz edəcək.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Belarusla birgə nüvə qüvvələri təlimini şərh edərkən deyib.
“Dövlət silahlanma proqramının bir hissəsi olaraq, Strateji Raket Qüvvələrini həm stasionar, həm də mobil yeni raket sistemləri ilə təchiz etməyi planlaşdırırıq”, - o bildirib.
Vladimir Putin yüksək performans xüsusiyyətlərinə malik və bütün mövcud və gələcək raketdən müdafiə sistemlərini deşməyə qadir “Sarmat” qitələrarası ballistik raketinin bu yaxınlarda uğurlu sınaqdan keçirildiyini xatırladıb.
“Hərbi Dəniz Qüvvələrinə müasir nüvə enerjisi ilə işləyən sualtı gəmilər, Aerokosmik Qüvvələrə isə yeni və modernləşdirilmiş strateji bombardmançı təyyarələr əlavə etməyə davam edəcəyik”.