Türkiyə Futbol Federasiyası Superliqa üçün yeni legioner limitini rəsmən təsdiqləyib.
AzNews.az xəbər verir ki, 2026/2027 mövsümündən etibarən çempionatda "10+4" qaydası tətbiq olunacaq. Yeni reqlamentə əsasən, klublar iştirak ərizəsinə maksimum 14 legioner daxil edə biləcək.
Onlardan 10-u üçün yaş məhdudiyyəti tətbiq olunmayacaq. Digər 4 futbolçunun təvəllüdü isə 2003-cü il və daha sonrakı tarixlərə uyğun olmalıdır.