AZ

Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası təsdiqləndi

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi Qaydası” təsdiqlənib.

AzNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

Bu Qayda istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydasını müəyyən edir. Azərbaycan Respublikasında peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi ilə bağlı fəaliyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həyata keçirir.

Seçilən
15
4
aznews.az

10Mənbələr