AZ

Ailəsini ziyarətə gələn 18 yaşlı əsgər vəfat etdi - VİDEO

Şəmsabad kəndində faciəli hadisə baş verib. Hərbi xidmətdən məzuniyyətə gələn gənc əsgərin vəfat etdiyi bildirilib.

 

Məlumata görə, kənd sakini, 18 yaşlı Firudin Rəsulov xidmət etdiyi hərbi hissədən bir neçə günlük məzuniyyət götürərək ailəsini ziyarət etmək üçün doğma kəndinə gəlibmiş.

 

Lakin gəncin qəfil vəfat etməsi ailəsi və yaxınları arasında böyük üzüntüyə səbəb olub.

 

Hazırda onun ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparıldığı bildirilir. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

 

Milli.Az

 

Tarix: 21 May 2026, 18:19   
Seçilən
20
3
pravda.az

4Mənbələr