AZ

Kəlbəcər rayonun beş kəndinin layihələndirmə işləri tamamlanıb.

BAKI, 21 may. TELEQRAF

Kəlbəcər rayonun beş kəndinin layihələndirmə işləri tamamlanıb.

Teleqraf xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Urbisiddən, münaqişədən sonrakı yenidənqurmaya aparan yol" adlı tədbirdə deyib.

O bildirib ki, Kəlbəcərin Otlu, Zar, Qamışlı, Zallar və Yanşaq kəndlərinin layihələndirmə işləri tamamlanaraq ekspertiza mərhələsinə təqdim olunub:

"Çaykənd, Çəpli və Dəlləkli kəndləri üzrə layihələndirmə işləri isə davam edir. Kəlbəcər şəhərində 2,42 hektar və 10,1 hektar ərazini əhatə edən inzibati binaların layihələndirmə işləri davam etdirilir. Eyni zamanda İşğal və Zəfər Muzeyləri Kompleksinin həyata keçirilməsi də planlaşdırılır".

Seçilən
1
2
teleqraf.com

5Mənbələr