AZ

Bu ölkədə evlər ancaq daşdan hörülür FOTO

ain.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Dünyada Lesoto adında bir ölkə vardır. Qara rəngli əhalinin yaşadığı yeganə ölkədir ki, orada daxmalar ancaq daşdan hörülür. Bu da ondan irəli gəlir ki, daş burada çox ucuz başa gəlir. Qaya daşından hər kəsin özü üçün münasib daldalanacaq tikməyə imkanı çatır.

Qaldı ki belə tikililərin damını örtmək isə olduqca baha başa gəlir. Bu iş üçün lazım olan qamış çox bahadır. Məhz buna görə də Lesotoda xalq arasında belə bir məsəl vardır: “Varlı damının böyüklüyü, kasıb isə daşının çoxluğu ilə tanınar”.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
sesqazeti.az

1Mənbələr