AZ

WUF-13 turizmi inkişaf etdirəcək?

Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) dünyanın diqqətini yenidən Azərbaycana yönəldib.

Bəs 182 ölkənin təmsil olunduğu WUF13 kimi belə irimiqyaslı forumlar ölkənin turizm imicinə hansı töhfələri verir? Bu cür beynəlxalq tədbirlər turist axınına və turizm gəlirlərinin artmasına real təsir göstərirmi? 

"Cebheinfo.az"a açıqlamasında Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev bildirib ki, Azərbaycan yenidən dünya tədbirlər sənayesi üçün çox uğurlu bir təcrübə ortaya qoydu və onun özünəməxsus Bakı modelini təqdim etdi:

“Şübhəsiz ki, COP və Ümumdünya Şəhərsalma Forumu kimi nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın beynəlxalq imicinin güclənməsinə, yeni coğrafiyalardan turistlərin ölkəyə cəlb olunmasına mühüm töhfə verir".

Onun sözlərinə görə, əgər söhbət urbanizasiya və şəhərsalma layihələrindən gedirsə, təbii ki, ölkəyə gələn hər bir turist müəyyən mənada gələcək investor potensialını da özü ilə gətirir:

Bu gün bir çox ölkələr Azərbaycanın beynəlxalq tədbirlərin təşkili və işgüzar turizm sahəsində topladığı təcrübəni öyrənmək üçün yenidən ölkəmizə gəlir və belə forumlardan istifadə edərək bu təcrübədən yararlanmağa çalışırlar".

Seçilən
33
cebheinfo.az

1Mənbələr