AZ

FAO nun regional seminarında Azərbaycanda narçılıq sektorunun inkişafı barədə məlumat verilib

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 21 may, AZƏRTAC

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən “Bir ölkə, bir prioritet məhsul” (OCOP) təşəbbüsü çərçivəsində Özbəkistanın Namanqan şəhərində regional seminar və təlim proqramı təşkil olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirə Avropa və Mərkəzi Asiya regionunun 10 OCOP ölkəsinin nümayəndələri, Çin Xalq Respublikasından və FAO-dan olan dəyər zənciri ekspertləri, elmi tədqiqatçılar və özəl sektor nümayəndələri qatılıb. Ölkəmizi tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Layihə və proqramlar şöbəsinin böyük məsləhətçisi Aytəkin Süleymanlı təmsil edib.

"Avropa və Mərkəzi Asiyanın digər OCOP ölkələrindən təcrübə mübadiləsi" mövzusunda keçirilən sessiyada ölkə hesabatı təqdim edilib. Təqdimatda Azərbaycanda narçılıq sektorunun inkişafı, ixrac potensialı və bu sahədə tətbiq olunan rəqəmsal innovasiyalar barədə məlumat verilib.

Seminarda OCOP ölkələrinin qabaqcıl təcrübələri ətrafında fikir mübadiləsi aparılıb, dayanıqlı istehsal sistemləri, innovativ texnologiyaların tətbiqi və bazarın inkişafı məsələləri müzakirə edilib.

İnteraktiv sessiyada xarici ekspertlərin Azərbaycanda aqrar sahəyə dövlət dəstəyi mexanizmləri ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, 2021-ci ildə FAO tərəfindən irəli sürülən qlobal OCOP təşəbbüsü ölkələrin unikal kənd təsərrüfatı məhsullarının dəyər zəncirini inkişaf etdirmək, yerli fermerlərin gəlirlərini artırmaq, ekoloji davamlılığı təmin etmək və bu strateji məhsulları qlobal bazarlara çıxarmaq məqsədi daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
azertag.az

2Mənbələr