AZ

Hakimlər Peresi və “Real”ın televiziyasını məhkəməyə verdilər

İspaniya Hakimlər Assosiasiyası (AESAF) “Real Madrid” televiziyası və “Real Madrid”in prezidenti Florentino Peresdən Zorakılığa Qarşı Mübarizə Komitəsinə şikayət ərizəsi təqdim edib.

Publika.az xəbər verir ki, AESAF-ın bəyanatında deyilir:

“AESAF-ın İspan hakimlərinin ləyaqətinin, bütövlüyünün və toxunulmazlığının qorunması üzrə institusional siyasətinə uyğun olaraq, cənab Peresə, eləcə də “Real” televiziyasına və “Real” Futbol Klubuna qarşı şikayətlər irəli sürülüb.

Assosiasiya hesab edir ki, təkrarlanan ictimai bəyanatlar, eləcə də hakim icmasını sistematik şəkildə nüfuzdan salan məzmunun davamlı yayılması idman tədbirlərinin düzgün keçirilməsi üçün zəruri olan hörmət atmosferini pozur və hakimlərə qarşı gərginlik, düşmənçilik və ya zorakılıq hallarının yaranmasına səbəb ola bilər.

Seçilən
23
publika.az

1Mənbələr