AZ

Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktorları Vüqar Əhmədov və Elrad Seydiyev “Deutsche Bundesbank”ın Türkiyə üzrə ölkə rəhbəri Orhan Özalpın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Görüş çərçivəsində ölkədəki makroiqtisadi vəziyyət, pul siyasətinin ötürücülüyü, maliyyə sabitliyi sahəsində aparılan islahatlar və qarşıdakı dövr üzrə strateji hədəflər müzakirə olunub.

Görüşdə həmçinin Mərkəzi Bank ilə “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Seçilən
21
4
banker.az

5Mənbələr