AZ

Bakıda 10 yeni metro stansiyası istifadəyə veriləcək

"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əsas strategiyası Prezident tərəfindən təsdiqlənən Dövlət İnkişaf Proqramıdır".

Aktual.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Bakı Baş Planı 2040: WUF13-də Şəhərsalmanın Yeni Erası" adlı tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin rəhbəri Tərlan Səfərov qeyd edib.

O bildirib ki, inkişaf proqramı nəticəsində agentliyin gündəlik fəaliyyəti 30 faiz artıb.

"Hər gün 2300 avtobus 5 milyon sərnişin tərəfindən istifadə edilir. İnkişaf sisteminə metro sistemlərinin də inkişafı daxildir. Şəhərdaxili əlçatanlığı artırmaq üçün 10 yeni metro stansiya istifadəyə veriləcək. Bu inkişaf günümüzün logistika problemlərini həll etməyə imkan verəcək". (bizim.media)

Seçilən
0
2
ulusum.az

3Mənbələr