ain.az, Ayna saytına istinadən bildirir.
“Bu cavablar 100 faiz yaxşı cavablar olmalıdır”
ABŞ Prezidenti Donald Tramp İranın potensial razılaşma ilə bağlı “tam doğru” cavabını gözləyir. Əks halda Vaşinqtonun gələcək hərəkətlərə hazır olacağını bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə Tramp jurnalistlərə bildirib.
“Tam düzgün cavablar almalıyıq. Bu cavablar 100 faiz yaxşı cavablar olmalıdır”, - bildirib.
Amerika liderinin sözlərinə görə, vəziyyət müsbət inkişaf edərsə, vaxt və həyat itkisinin qarşısını almaq olar. O, həmçinin qeyd edib ki, İranla danışıqlar prosesi “sərhəd” mərhələsindədir.
Tramp əlavə edib ki, ABŞ Tehranın cavabını daha bir neçə gün gözləməyə hazırdır, lakin irəliləyiş olmasa, hadisələr sürətlə inkişaf edə bilər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.