AZ

"Vest Hem"in kapitanını 3 İngiltərə nəhəngi istəyir

"Vest Hem"in kapitanı Carrod Bouen 3 İngiltərə nəhənginin transfer siyahısındadır.

Fanat.Az "The Guardian"a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin xidmətində "Liverpul", "Çelsi" və "Mançester Yunayted" maraqlıdır.

Hazırda 37 xalla 18-ci pillədə mövqe tutan "çəkicdöyənlər" elitadakı yerini qorumağı bacarmasa, maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün kapitanını və daha bir neçə oyunçusunu satmaq məcburiyyətində qalacaq.

Bouen 2020-ci ildən "Vest Hem"in uğurları üçün çalışır. Bu mövsüm bütün turnirlərdə 41 matça çıxan orta xətt oyunçusu 10 qol və 11 məhsuldar ötürmə ilə diqqət çəkib.

Toğrul

Seçilən
25
1
fanat.az

2Mənbələr