AZ

Türkiyənin uğurunu etiraf etməliyik - Yunanıstan

Türkiyə son illərdə istehsal imkanlarını inkişaf etdirməyə nail olub. O, yeni texnologiyaların əhəmiyyətini erkən anlayıb. Bir çox ölkənin bunun nə olduğunu bilmədiyi dövrdə PUA istehsalında yüksək səviyyəyə çatıb.

Aktual.az xəbər verir ki, bunu Yunanıstanın müdafiə naziri Nikos Dendias deyib.

"Türkiyə ciddi ixrac potensialı yaradıb. Bir çox ölkəyə, xüsusilə də Üçüncü Dünya və Afrika ölkələrinə satışlar edib. Bu səylər sayəsində diplomatik nüfuz formalaşdırıb. Bu, tamamilə doğrudur və biz bunu etiraf etməliyik. Bu, qonşu ölkəmizin nail olduğu uğurdur”, - o bildirib.

Seçilən
0
1
ulusum.az

2Mənbələr