AZ

Gözümüzü yumub açanda Tbilisidə olacağıq

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Altı ildən sonra fəaliyyətini bərpa edən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarı mayın 26-dan etibarən müntəzəm olaraq reysə buraxılacaq. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus yataq tipli vaqonlardan ibarət müasir qatarlar həmin vaxtdan daşımalara start verəcək.

Komfort sinif üzrə kupelər dördnəfərlikdir və hər birində televizor var.

Bakı-Tbilisi-Bakı sərnişin qatarında ilk dəfə olaraq komfort və komfort+ vaqonlarda sərnişinlərin istifadəsi üçün ümumi, lüks vaqonlarda isə hər kupe üçün ayrıca duş kabinəsi və sanitar qovşaq yaradılıb.

Kupelər fərdi tənzimlənən temperatur və işıqlandırma sistemi, bələdçi ilə əlaqə düyməsi, səs izolyasiyası ilə təmin olunub. Həmçinin şəxsi əşyalar üçün kart sistemi ilə çalışan seyf, elektrik yuvaları, internet, dörd dildə məzmunun təqdim edildiyi TV monitoru, pult və qulaqlıq yerləri mövcuddur.

Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.

BAKU.WS xəbər verir ki, Oxu.Az reysə buraxılacaq ilk qatardan hazırladığı reportajı təqdim edir:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
baku.ws

1Mənbələr