AZ

Mütəllim Rəhimovla Prezident Administrasiyasında görüş keçirilmişdir

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Partiya sədri Mütəllim Rəhimovun bildirdiyinə görə, 21 may tarixində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə keçirilmiş görüşdə ölkədə baş verən siyasi proseslər, Ədalət Partiyasının fəaliyyəti haqqında fikir mübadiləsi aparılmışdır. 

Moderator.az xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu dövlət siyasəti, daxili və xarici siyasətdə qazanılan böyük uğurlar yüksək dəyərləndirilmiş, ölkədə aparılan iqtidar-müxalifət siyasi dialoqu, siyasi institutların cəmiyyətin inkişafında rolunun artırılmasının önəmi, siyasi plüralizmin daha da dərinləşdirilməsi məsələləri müzakirə edilmişdir.

Sədr M.Rəhimov böyük siyasi iradənin təzahürü olan yeni siyasi konfiqurasiyanın partiyaların cəmiyyətdə nüfuzunun daha da yüksəlməsinə olduqca müsbət təsir etməsi, eyni zamanda bunun partiyalar arasında faydalı kommunikasiyanın qurulması baxımından çox əhəmiyyətli olması barədə fikirlər söyləmişdir. Eləcə də “Siyasi partiyalar haqqında” yeni Qanunun tətbiqindən sonra partiyaların inkişafı və fəaliyyətlərini davamlı şəkildə həyata keçirməsi, dövlət büdcəsindən maliyyə vəsaiti əldə etməsi, ofislə təmin olunması və başqa bu kimi məsələlərin ölkədə demokratiyanın, çoxpartiyalı sistemin formallaşmasına töhfələr verdiyi vurğulanmışdır.

M.Rəhimov rəhbərlik etdiyi Ədalət Partiyası tərəfindən həyata keçirilən layihələr, ictimaiyyətlə əlaqələr istiqamətində tətbiqi nəzərdə tutulan yeniliklər barədə geniş məlumat vermiş, Partiya üçün dövlətçilik mövqeyinin və milli maraqların müdafiə olunmasının hər zaman prioritet olacağını bildirmişdir. Görüş əsnasında Azərbaycanın regional və beynəlxalq mövqeyinin güclənməsində Vətən müharibəsində qazanılmış qələbənin önəmi xüsusi vurğulanmış, işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən böyükmiqyaslı işlərin və keçmiş məcburi köçkünlərin qayıdışının dövlətin gücünün göstəricisi olduğu qeyd edilmişdir. 

Görüşdə həmçinin Ədalət Partiyasının sabiq sədri İlyas İsmayılovun xatirəsi yad edilmiş, onun müstəqillik dövrü

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
10
moderator.az

10Mənbələr