AZ

Müctəba Xameneidən uran məsələsinə dair sərt qərar

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranın ali lideri Müctəba Xamenei silah dərəcəli zənginləşdirilmiş uranın ölkədən kənara çıxarılmaması ilə bağlı əmr verib.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi iki yüksəkvəzifəli İran mənbəsinə istinadən məlumat verib.

Bildirilib ki, Müctəba Xamenei 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarının İran hakimiyyətinin sərəncamında saxlanılmasını tapşırıb.

Nəşr qeyd edir ki, bu addım Tehranın ABŞ ilə müharibəyə son qoyulması üzrə danışıqlarda əsas məsələlərdən biri ilə bağlı mövqeyinin sərtləşməsi deməkdir.

"Ali liderin direktivi və isteblişment daxilindəki konsensus ondan ibarətdir ki, zənginləşdirilmiş uran ehtiyatları ölkəni tərk etməməlidir", - deyə mənbələrdən biri "Reuters"ə bildirib.

Mənbələr qeyd ediblər ki, ABŞ Prezidenti Donald Trampın müharibəyə son qoyulması şərtlərindən biri kimi bütün zənginləşdirilmiş uran ehtiyatlarının İrandan çıxarılması barədə direktivi ilə tanışdırlar. Tehran hesab edir ki, bu şərtin yerinə yetirilməsi, materialın ölkədən çıxarılması İranı ABŞ və ya İsrailin gələcək hücumlarına qarşı daha həssas edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
moderator.az

2Mənbələr