AZ

UNAOC direktoru: İrs getdikcə dayanıqlılığın əsas hərəkətverici qüvvəsi kimi qəbul olunur

BAKI, 21 may. TELEQRAF

İrs getdikcə dayanıqlılığın əsas hərəkətverici qüvvəsi kimi qəbul olunur, çünki o, icmaların çətinliklərin öhdəsindən gəlmək və böhran dövrlərində sosial birliyi qorumaq qabiliyyətini gücləndirir.

Teleqraf xəbər verir ki, bunu UNAOC direktoru Nihal Saad Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "SECURE – Dayanıqlı və İlhamlandırıcı Mədəniyyətin Yenidən Canlandırılması Modeli" tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, lakin nəticədə bir çox imkanlar risk altına düşür.

"Bu çağırışlar müxtəlif coğrafiyalarda gələcəyin formalaşdırılmasında fəal amillərə çevrilir. Bu prosesdə irs də mühüm vasitə və təsir mexanizmi rolunu oynayır.

Sosial medianın və internetin təsirini anlamaq vacibdir. Biz hələ də şəhərlərin tələbələrimizin və ümumilikdə insanların yalnız təhlükəsiz və qorunan deyil, eyni zamanda inklüziv, mədəni baxımdan canlı və öz köklərinə bağlı bir mühitdə yaşamasını necə təmin edəcəyini müşahidə edirik", - o vurğulayıb.

Seçilən
16
teleqraf.com

1Mənbələr