Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 1news.az xəbər verir ki, məktubda deyilir: “Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Zati-alinizə Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı bildirirəm. Qardaş Azərbaycan Hökumətinə və xalqına daha da sürətli inkişaf və rifah arzulayıram. Zati-alinizə hörmət və ehtiramımı ifadə edirəm”.