ain.az, Bakivaxti portalına istinadən məlumat verir.
“Mənzil siyasəti yalnız yaşayış deyil, həm də məşğulluq, sahibkarlıq və maliyyə inklüzivliyi vasitəsinə çevrilməlidir”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Afrikada əlçatan mənzil sazişi” sessiyasında Liberiyadan olan nümayəndə səsləndirib.
O bildirib ki, Liberiyada mənzil siyasəti qadın və gənclərin iqtisadi imkanlarının genişləndirilməsi ilə inteqrasiya olunur və bu sahə məşğulluq və sahibkarlığın inkişaf mühərriki kimi qiymətləndirilir.
Onun sözlərinə görə, qadınlar artıq yalnız mənzil layihələrinin benefisiarı deyil, həm də maliyyələşdirici və layihə icraçıları kimi prosesə cəlb edilir.
Nümayəndə qeyd edib ki, gənclər üçün yaradılan sahibkarlıq və investisiya proqramları onların memar, mühəndis və sahibkar kimi mənzil sektorunda aktiv iştirakına imkan yaradır.
Bildirilib ki, 2025-ci ildə Afrika İnkişaf Bankının dəstəyi ilə yaradılan Gənclərin Sahibkarlıq və İnvestisiya Bankı maliyyə əlçatanlığı, ilkin kapital, kredit zəmanətləri və biznes təlimləri təqdim edir:
“Mənzil təminatı yalnız yaşayış məsələsi deyil, həm də insanların ləyaqəti, iqtisadi potensialı və ictimai həyata inteqrasiyası ilə bağlıdır”.
Sonda qeyd olunub ki, Liberiyada idarəetmənin mərkəzsizləşdirilməsi çərçivəsində hökumət xidmətləri birbaşa icmalara yaxınlaşdırılır və bu yanaşma yerli inkişafı gücləndirməyə xidmət edir.
Zeynəb Rzayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.